Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni vitse-spikeri məlum olub.
Modern.az xəbər verir ki, bu vəzifəyə Bəkir Bozdağ seçilib.
Qeyd edək ki, Bozdağ bundan əvvəl ədliyyə naziri vəzifəsində çalışıb. O, mayın 14-də keçirilən parlament seçkilərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından deputat seçilib.
Hazırda Türkiyə parlamentinə Numan Kurtulmuş sədrlik edir.