Modern.az

6 dəfə dövlət çevrilişinə cəhd ediblər - Siyavuş Novruzov

6 dəfə dövlət çevrilişinə cəhd ediblər - Siyavuş Novruzov

Parlament

14 İyun 2023, 13:52

“Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lider var”.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov parlamentdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.

 

“Heydər Əliyev dünyaya sübut etdi ki, vəzifəsindən, zamanından, tarixindən, yaşından asılı olmayaraq, harada işləməsinə baxmayaraq, öz xalqına xidmət etmək olar. Heydər Əliyevi ayrı-ayrı tarixi şəxsiyyətlərlə müqayisə edirlər. Məsələn, Atatürk hakimiyyətə gələndə 100 generalı var idi. Heydər Əliyev hakimiyyətə gələndə xəzinə bomboş idi, Milli Ləl-Cəvahirat Fonduna süpürgə çəkmişdilər. Azərbaycanda ayrı-ayrı siyasi partiyaların batalyonları, şəxsi qoşunları var idi. Heydər Əliyev 1992-c ildə azad seçki istəyirdi, konstitusiyaya əlavə etdilər ki, 65 yaşından yuxarı şəxs seçilə bilməz. Adətən aşağı yaş həddi ola bilər, yuxarı yaş həddi harada görünüb ki, Heydər Əliyevə qarşı bu addımları atdılar. Bu zalda Heydər Əliyevin çörək, vəzifə verdiyi insanlar Ulu Öndər öz təcrübəsini bölüşmək istəyəndə, Qarabağın xilas yollarını deyəndə, ayağını yerə döyərək, "reqlament deyib" qışqırmağa başladılar. 6 dəfə Heydər Əliyevə və Prezident İlham Əliyevə qarşı dövlət çevrilişinə cəhd ediblər. 1992-ci ildə Naxçıvanda Heydər Əliyevi fiziki cəhətdən məhv etmək istəyirdilər. Digər cəbhədən olan nümayəndələrimiz artıq Heydər Əliyev həqiqətini etiraf edirlər ki, vaxtında düzgün qərar qəbul etmədilər. Bəli, vaxtından düzgün qərar qəbul etsəydilər, Heydər Əliyev hakimiyyətə gəlsə idi, Azərbaycan bu qədər problem yaşamazdı. Xoşbəxt adamam ki, həmişə Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olmuşam”, - deyə deputat çıxışında vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi