Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycanla dostluq qrupuna yeni üzvlər seçiləcək.
Bu barədə Modern.az-a hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, 27-ci çağırış parlamentdə Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri olmuş Şamil Ayrım məlumat verib.
Onun sözlərinə görə, qrupun yeni üzvləri gələn həftə məlum olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yeni çağırış parlament iyunun 2-də fəaliyyətə başlayıb.