Modern.az

Qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik - Deputat

Qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik - Deputat

Parlament

16 İyun 2023, 11:36

Bu gün Azərbaycanın İran, Gürcüstan, Rusiya ilə quru sərhədləri bağlıdır, amma Ermənistanla quru sərhədimiz açıqdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

 

“Amma Ermənistan bunu qiymətləndirə bilmir. Erməni vətəndaşlarımızın sərbəst hərəkətinə icazə verilir, amma bunu anlamırlar. Bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal yerində məhv edilməlidir. Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik. Bir daha qeyd edirik ki, sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üstünə düşür”, - deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi