Modern.az

Milli Məclisin xərcləri artırıldı

Milli Məclisin xərcləri artırıldı

16 İyun 2023, 12:04

Milli Məclisin 2023-cü il üçün xərcləri artırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

 

Layihəyə görə, parlamentin 2023-ü il üçün xərcləri 53 milyon 244 min 109 manatdan 55 milyon 794 min 109 manata qaldırılıb.

 

Qərar layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi