Modern.az

Azərbaycanda taksi sürücüsü işsiz qalmış adamlardır - Fazil Mustafa

Azərbaycanda taksi sürücüsü işsiz qalmış adamlardır - Fazil Mustafa

Parlament

16 İyun 2023, 12:20

“Bu gün Azərbaycanda taksi sürücüsü işsiz qalmış müəllim, həkim və ya başqa bir işsiz adamdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

 

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik. Əvvəlcə ictimaiyyətin fikri öyrənilməlidr. Bundan əlavə, qanunda qeyd olunur ki, taksi sürücüləri üçün təlimlər və s. keçiriləcək. Bunların hamısı da vəsait tələb edən sahələrdir. Bəs bu vəsaiti kim təmin edəcək, bunlar açıqlanmalıdır”, - deyə F.Mustafa bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi