Modern.az

Taksilərlə bağlı qanunun əleyhinə səs verəcəkdim, çünki... - Aqil Abbas

Taksilərlə bağlı qanunun əleyhinə səs verəcəkdim, çünki... - Aqil Abbas

Parlament

16 İyun 2023, 12:58

“Mən taksilərlə bağlı qanun layihəsinin əleyhinə səs verəcəkdim. Buna səbəb isə bizim hörmətli nazirimizin bu qanun layihəsi ilə bağlı dayaz məlumat verməsi idi”. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.

 

“Amma komitə sədri Tahir bəy qanun layihəsini mütərəqqi təqdim etdi, bildik ki, qanun layihəsində nədən söhbət gedir. Nazir ötən çıxışında deyir ki, taksi əlçatan olmamalıdır. Bəs hansı nəqliyyat əlçatan olmalıdır? Təyyarə, digər bahalı nəqliyyatlar əlçatan olmalıdır? Bu necə yanaşmadır? Digər tərəfdən taksi operatorluğunu xarici şirkətlərə həvalə etməli deyilik. Bizim biznesmenlərimiz ölübmü ki, başqalarını ölkəmizə gətirək?”

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi