Modern.az

Parlamentdə Mərkəzi Bankın fəaliyyəti tənqid olundu

Parlamentdə Mərkəzi Bankın fəaliyyəti tənqid olundu

Parlament

23 İyun 2023, 12:35

Mərkəzi Bank özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır, amma biz bunu görmürük.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

 

“Qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyəti yoxlanılmalıdır. Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 % inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 % təşkil edib. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8,3 % inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır. Aradakı fərqə aydınlıq gətirilməlidir. Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır. Amma təəssüf ki, bunu görmürük. Digər tərəfdən başqa ölkələrdən yüksək olan infliyasiyanın səbəbi açıqlanmalıdır”, - deyə deputat təklif və iradlarını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi