Modern.az

Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar - Deputat

Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar - Deputat

Parlament

23 İyun 2023, 13:52

Ölkədə dərman idxalına mane olan səbəblər var.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Etibar Əliyev bildirib.

 

“Gömrükdə dərmanlar aylarla saxlanılır. Onların hansı vəziyyətdə saxlanılması sual altındadır. Firma dərmanlarının satılması artıb. Bu yaxınlarda yaxın qohumuma klinikaların birində diz qapağının qığırdağının bərpası üçün iynə vurdular. Firma təmsilçisi gəldi, iynənin qiymətinin 350 manat olduğunu bildirdi. Həmin dərman əldə satılır, apteklərdə yoxdur. Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi