Modern.az

Şəhidlərimizin igidliyini heç vaxt unutmayacağıq - Sahibə Qafarova 

Şəhidlərimizin igidliyini heç vaxt unutmayacağıq - Sahibə Qafarova 

Parlament

24 İyun 2023, 12:56

Bu gün silahlı qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdəliklərinə düşən vəzifələri layiqincə yerini yetirirlər.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib.

 

Spiker 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar təbriklərini çatdırıb:

 

“Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində göstərdiyi şücaət xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib.

 

Tarixi ədalətin öz yerini tutuması dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanan əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq”.

 

Parlament sədri qeyd edib ki, bu gün silahlı qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdəliklərinə düşən vəzifələri layiqincə yerini yetirirlər:

 

“Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək, dünyanın ən güclü orduları sırasında öz mövqeyini, yerini möhkəmləndirəcək. Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali baş komandan, Prezident İlham Əliyevi, silahlı qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularını ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarını və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıram”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi