Ölkədə dərman vasitələri ilə bağlı problemlərin yaranması istehsalın olmaması ilə bağlıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov bildirib.
“Xaricdən gətirilən dərmanların bəzən içlikləri o qədər də ürəkaçan deyil. Amma ölkədə dərman vasitələrinin istehsalına başlanılır. Ələt Azad İqtisadi Zonasında 4 dərman fabrikinin icrasına icazə verilib, biri isə artıq fəaliyyətə başlayıb. Bu da kifayət qədər müsbət haldır”, - komitə sədri vurğulayıb.