“Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Həmin ölkələrin başında Fransa durur. Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda sülhün bərqərar olmasına mane olmalı deyil".