Modern.az

Deputat: Belə yersiz ritorikaya son qoyulmalıdır 

Deputat: Belə yersiz ritorikaya son qoyulmalıdır 

Parlament

6 İyul 2023, 11:20

"Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Biz əgər ədalətli, obyektiv, hərtərəfli araşdırma arzu ediriksə, cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir”, - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi