“Bəzi məmurların övladları Azərbaycan dilində danışa bilmir”. Modern.az-ın məlumatına görə bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Dil Qurumunun saytının təqdimatında deyib. Millət vəkili bildirib ki, həmin insanlar onun gözündən düşür.
“Qəribədir! Bunu neçə dəfə demək olar?! O adamların heç biri dövlət işində işləyə bilməz. Dilimizi bəyənmirsən, niyə burda yaşayırsan? Dövlətin idarəsində niyə çalışırsan? Sənin uşağın dövlətin pulu, çörəyi ilə böyüyür amma bu dili bilmir”-deyə S.Rüstəmxanlı məmurlara xitabən deyib.
Namidə Bingöl