Modern.az

Türkiyənin yeni spikeri bu axşam Bakıya gəlir - ÖZƏL

Türkiyənin yeni spikeri bu axşam Bakıya gəlir - ÖZƏL

Parlament

11 İyul 2023, 18:21

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında Azərbaycana gələcək.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib. 

 

Onun sözlərinə görə, özünün də təmsil olunduğu TBMM nümayəndə heyəti Şimali Kiprdən birbaşa Azərbaycana yollanacaq.

 

Kurtulmuşun Azərbaycana spiker kimi ilk rəsmi səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Numan Kurtulmuş hazırda Şimali Kiprdə səfərdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi