Milli Məclisin növbədənkənar sessiyasında 9 iclas baş tutub.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında spiker Sahibə Qafarova bildirib.
Onun sözlərinə görə, növbədənkənar sessiyada 90 qanun və qərar qəbul olunub. Eyni zamanda iki dinləmə keçirilib. Bunlardan biri Qərbi Azərbaycan, digəri isə uşaq hüquqları ilə bağlı olub.
Bir ay səkkiz gün ərzində Milli Məclisin 39 deputatı 51 ölkəyə səfər edib.