Modern.az

Deputat Madər Musayev vəfat edib

Deputat Madər Musayev vəfat edib

14 İyul 2023, 13:09

Milli Məclisin deputatı Madər Musayev vəfat edib.

 

Bu barədə Modern.az-a onun yaxınları məlumat verib. 

 

Bildirilib ki, 75 yaşlı deputat xəstəlikdən dünyasını dəyişib.

 

Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Milli Məclisi deputatı seçilib. “Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Evli idi və 3 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi