Modern.az

Yeni tendensiyalar bəzi təhlükələrə yol açır - Deputat

Yeni tendensiyalar bəzi təhlükələrə yol açır - Deputat

23 İyul 2023, 17:18

Zamanımızda gördüyümüz yeni tendensiyalar özü ilə birlikdə bir çox yeniliklər gətirsə də, bəzi təhlükələrə də yol açır.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Jurnalistlərin təhlükəsizliyi” adlı sessiyada çıxışı zamanı deyib.

 

“Yeni dövr, rəqəmsallaşma, jurnalistika və jurnalistlər üçün fürsətlər yaratdığı kimi yeni təhlükələr də yaradır. Sosial media, texnologiyalar, süni intellekt bir sıra gizli təhlükələri ehtiva edir, onlardan bəziləri söz azadlığına zərbə vura bilər. İnternet üzərindən media işçilərinə ölüm təhdidləri, hədə qorxu mesajları gəlir, onlar təqib olunurlar, jurnalistlərin şəxsi məlumatları onların əleyhinə istifadə olunur , belə tendensiyalar var",- deputat bildirib.

 

N.Arpadarai erməni aktivistlərinin xarici jurnalistlərə qarşı toksik münasibətindən də danışıb:

 

" 44 günlük Qarabağ müharibəsi zamanı biz görürdük ki, Azərbaycan-Ermənistan münasibətləri haqqında həqiqəti söyləməyə cəsarət edən, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi haqqında danışan istənilən xarici jurnalistə qarşı radikal Erməni aktivistləri tərəfindən təhdidlər gəlirdi, onlara qarşı kampaniyalar təşkil olunurdu. Elə indi də bu mötəbər Foruma qatılan jurnalistlər sosial mediada Erməni istifadəçiləri tərəfindən çoxsaylı təhdid mesajları alır. Təəssüf ki, Erməni diasporunun belə dağıdıcı, toksik münasibətini biz yaxşı bilirik”.

 

“Bizim iki jurnalistimiz Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olub. Yəni, jurnalistika bu qədər təhlükəli peşədir”,- deyən deputat jurnalistlərin peşə fəaliyyətləri zamanı təhlükələrlə qarşılaşdığını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi