Modern.az

Eldar İbrahimov YAP-ın qərarından DANIŞDI: “Bununla da məsələ bağlandı”

Eldar İbrahimov YAP-ın qərarından DANIŞDI: “Bununla da məsələ bağlandı”

7 Avqust 2013, 14:13

“İyun ayının 7-də YAP-ın V qurultayında konkret olaraq prezident İlham Əliyevin namizədliyi irəli sürüldü. Bununla da məsələ bağlandı”. Bunu Modern.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov müxalifət düşərgəsində hakimiyyətin iki namizədi olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, təkcə YAP yox, Azərbaycan xalqı bu gün İlham Əliyevin namizədliyini dəstəkləyir.

“Xalq gələcəkdə də onu öz prezidenti görür”-deyən YAP-çı deputat qeyd edib ki, müxalifətin səsləndirdiyi ittihamlar cəfəng fikirlədir.

“Bu deyilənlər şayiədən başqa bir şey deyil və heç bir əsası yoxdur”-deyə E. İbrahimov vurğulayıb.

Xatırladaq ki, müxalifət düşərgəsində bir müddət öncə ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın da hakimiyyətin namizədi ola biləcəyi ilə bağlı fikirlər səslənib.
Amma dünən YAP dövlət başçısı İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini vermək üçün sənədləri MSK-ya təqdim edib

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...