Modern.az

Milli Məclisin ilk komitə iclasının TARİXİ

Milli Məclisin ilk komitə iclasının TARİXİ

2 Sentyabr 2023, 14:12

Milli Məclisin ilk komitə iclasının nə vaxt keçiriləcəyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, ilk iclas sentyabrın 15-dən baş tutacaq. 

 

Qeyd edək ki, Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.


Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Xatırladaq ki, Milli Məclisin ilk plenar iclası oktaybrın 2-də keçiriləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi