Xəbər verdiyimiz kimi, Milli Məclis Aparatının Vətəndaş qəbulu və müraciətlərlə iş şöbəsinin baş məsləhətçisi vəfat edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, əməkdaş xəstəlikdən dünyasını dəyişib:
“Milli Məclis Aparatının Vətəndaş qəbulu və müraciətlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Piriyev uzun sürən xəstəlikdən vaxtsız vəfat edib. Milli Məclisin əməkdaşı uzun müddətdir ki, müalicə olunurdu”.