Modern.az

Zahid Orucla Fəzail Ağamalının yolu Milli Məclisdə də ayrıldı...

Zahid Orucla Fəzail Ağamalının yolu Milli Məclisdə də ayrıldı...

15 Avqust 2013, 18:48


Modern.az saytının əldə etdiyi məlumata görə, Milli Məclisin iki deputatı - Zahid Oruc və Fəzail Ağamlı 2013-cü il payız sessiyasından plenar iclaslarda bir yerdə oturmayacaqlar. Uzun illər bir yerdə olan iki siyasətçi, iki deputat, parta yoldaşının bundan sonra Milli Məclisdə də yolu ayrılacaq.Onlar daha parlamentdə eyni stol arxasında oturmayacaqlar.

Zahid Oruc prezidentliyə namizədliyin verdikdən sonra bu gün millət vəkili o, uzun zaman sədr müavini olduğu Ana Vətən partiyasının sıralarından kənarlaşdırılıb. Artıq partiya sədri, iki silahdaş arasında “soyuq müharibə” başladı.

Modern.az-a danışam deputat Zahid Oruc bildirib ki, bu məsələyə münasibət bildirmək istəmir.

Seçki Qərargahının rəhbərliyi ilə bağlı məsələyə münasibət bildirən Zahid Oruc qeyd edib ki, artıq bu barədə düşünülüb:

“Artıq yol xəritəsi də beynimizdə hazırdır. Yaxın zamanlarda seçki qanunvericiliyinin tələblərinə uyğun bunu edəcəyik”.

Gültəkin ƏLƏSGƏR 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...