Modern.az

Kuba spikeri Ermənistanın təxribatları barədə məlumatlandırıldı

Kuba spikeri Ermənistanın təxribatları barədə məlumatlandırıldı

Parlament

17 Sentyabr 2023, 00:52

Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandeslə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Sahibə Qafarova bildirib ki, Azərbaycan və Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında həmişə bir-birini dəstəkləyir.

 

Kuba Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də irəli sürdüyü təşəbbüsləri həmişə dəstəkləyib. Milli Məclisin sədri həmkarına regionda mövcud olan vəziyyət, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Ermənistanın hərbi-siyasi təxribatları barədə də geniş məlumat verib.

 

Xuan Esteban Lazo Hernandes isə regiondakı vəziyyətdən xəbərdar olduqlarını, regionda sülh və sabitliyinin bərpasının önəmini vurğulayıb.

 

Təhsil sahəsində əməkdaşlığa toxunan parlamentin spikeri, Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə təqaüdlərin İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil ediləcəyini hədəflədiyini bildirib, gələcəkdə kubalı tələbələri də bu proqramda iştirak etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi