Energetika sahəsində qiymətlər belə müəyyən olunacaq

Energetika sahəsində qiymətlər belə müəyyən olunacaq

Parlament

18 Sentyabr 2023, 12:10

Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun olaraq müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Energetika haqqında” yeni qanun layihəsində qeyd olunub. 

 

Qanun layihəsinə görə, tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.

 

Energetika subyektləri, habelə onların təqdim etdiyi mallar, işlər və xidmətlər haqqında məlumatlar həmin malları, işləri və xidmətləri təqdim edən energetika subyektlərinin rəsmi internet səhifələrində və ya mediada açıqlanır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?