Modern.az

Bu, sülh və sabitliyin təmin edilməsi üçün vacib addımdır

Bu, sülh və sabitliyin təmin edilməsi üçün vacib addımdır

Parlament

19 Sentyabr 2023, 20:06

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu dövrdən keçən 3 ilə yaxın müddətində Azərbaycan daim sülh təşəbbüsü ilə çıxış edib. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin məqsədi müharibələr səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanına çevirməkdir. 

 

Lakin bütün bunlara baxmayaraq Ermənistan sülhə gəlmək istəmir, əldə olunan razılaşmaları pozur. Rəsmi İrəvan və onun Qarabağda, hazırda Rusiya sülhməramlı kontingetinin məsuliyyət zonasında olan ərazilərimizdə mövcud olan separatçı erməni rejimi son vaxtlar hərbi təxribatlarının sayını xeyli artırıblar.

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqdadır. Həmçinin, onların əlində xeyli sayda ağır hərbi texnika mövcuddur. Məqsəd isə odur ki, hərbi təxribatları davam etdirsinlər, separatizmi daha da gücləndirsinlər. Dövlətimizin Qarabağın erməni sakinləri ilə təmaslar qurulmasına, onların cəmiyyətimizə inteqrasiya prosesinə də Ermənistan hakimiyyəti və separatçılar mane olurlar.  

 

Ötən gecə düşmənin xain mina terror nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin polis əməkdaşları mina terroru nəticəsində şəhid oldular. Bir neçə nəfər isə yaralanıb. Eyni zamanda, bu gün erməni tərəfinin Şuşa şəhərinin atəşə tutması nəticəsində mülki şəxs, bizim ailə dostumuz Vidadi Fərhadov həlak olub. Bütün bunlar bizim üçün çox üzücüdür. Allah həyatını itirən soydaşlarımıza rəhmət eləsin.

 

Bu faktlar göstərir ki, düşmən çirkin əməllərindən heç bir halda əl çəkmək istəmir. Ona görə də, hazırda Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dövlətimizin müstəsna və suveren haqqıdır. Bu, sülh və sabitliyin təmin edilməsi üçün vacib addımdır.

 

Anti-terror əməliyyatları zamanı yalnız hərbi hədəflər məhv edilir. Mülki əhaliyə isə toxunulmur. Dövlətimiz Qarabağ əhalisinə müraciət edərək onları qoruyacağını bəyan edib.

 

Təəssüf ki, beynəlxalq təşkilatlar, Qərb dövlətləri ermənilərin cinayətlərini pisləmirlər. Sonuncu mina terroru zamanı da beynəlxalq birlik susdu, etiraz səsini ucaltmadı. Ona görə də, dövlətimiz beynəlxalq hüquq çərçivəsində öz suverenliyini həmin ərazidə təmin etmək, qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirmək üçün lazımi addımlar atır.

 

Bu arada 44 günlük savaşda olduğu kimi, bu gün də Azərbaycanın haqq işinə qardaş Türkiyəmizdən dəstək verildi. Buna görə, qardaş ölkəyə və xalqına təşəkkür edirəm!

 

Fatma Yıldırım

Milli Məclisin deputatı 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi