Modern.az

Xalqımızın tutduğu yol haqq yoludur

Xalqımızın tutduğu yol haqq yoludur

Parlament

21 Sentyabr 2023, 21:34

“Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax şəhərində görüş baş tutdu. Verilən rəsmi məlumatlardan aydın olur ki, görüş səmərəli olub. Biz qalib xalqın nümayəndələri kimi onlarla görüşürük”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, görüşdə diqqət çəkən məqamlardan biri Qarabağın erməni sakinlərinin nümayəndələrinin sosial ehtiyacları barədə kömək istəmələridir. Onlar həm yanacaq, həm də qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Bunu müsbət hal hesab edirəm. Çünki indiyə kimi dövlətimizlə şərtlə danışmaq istəyənlər, artıq reallıqlarla barışıblar, inteqrasiyanın qaçılmaz olduğunu anlayırlar. Çünki başqa şansları yoxdur. Təbii ki, dövlətimiz Qarabağ ermənilərini öz vətəndaşları hesab edir və yardım istəyənlərə öz dəstəyini verəcək.

 

“Ancaq nəzərə almaq lazımdır ki, Xankəndidə, Şuşanın kəndlərində, keçmiş Ağdərə, Əsgəranda və digər yaşayış məntəqələrində də azərbaycanlılar yaşayıb. Onlar vaxtilə öz yurdlarından zorla qovulub, məşəqqətli günlər keçiriblər. Bir şuşalı kimi deyə bilərəm ki, Kərkicahan qəsəbəsi, Malıbəyli, Quşçular, hətta Xankəndində və bir sıra digər yaşayış məntəqələrində azərbaycanlılar yaşayıblar. Həmin insanlar da doğma el-obasına qayıtmağı gözləyirlər. Mənim xatirimdədir ki, Malıbəyli qəbristanlığında böyük çinar ağacı var idi. Həmin çinar o qədər qədim idi ki, içi oyulmuşdu, onun neçə yaşının olduğunu bilmirdik. Çinar ağacı yuxuma tez tez girir... Mən ümid edirəm ki, həmin Çinar ağacı hələ də yerindədir. Biz o yurda qayıdıb babalarımızın məzarını ziyarət edəcəyik, o gün uzaqda deyil”-deyən millət vəkili həmin ərazilərdə yaşamış insanların qayıdışı istiqamətində də tezliklə addımlar atılacağına ümidvar olduğunu söyləyib.

 

Fatma Yıldıırm qeyd edib ki, cənab Prezidentimizin dəmir iradəsi nəticəsində biz bütün hədəflərimizə nail oluruq. Çünki xalqımızın tutduğu yol haqq yoludur!!!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi