Rəqabət Məcəlləsi ilə bağlı ictimai dinləmə keçiriləcək

Rəqabət Məcəlləsi ilə bağlı ictimai dinləmə keçiriləcək

22 Sentyabr 2023, 18:18

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, məcəllənin parlamentdə qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə sentyabrın 26-da parlamentdə sənədin ictimai dinləməsi keçiriləcək.

 

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri, digər millət vəkilləri, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar