Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDI

Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDI

Parlament

25 Sentyabr 2023, 10:26

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, baş həkim Qənirə Paşayevanın vəziyyətinin ağır olduğunu deyib.

 

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”, - deyə baş həkim qeyd edib.

 

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputa-tı, Mədəniyyət komitəsinin sədridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu video erməniləri dəli etdi -Azərbaycanalı ekspert İrəvandakı evində