Milli Məclisin deputatı Azay Quliyevin Azərbaycanın Qarabağda guya “etnik təmizləmə” aparması ilə bağlı iddialara cavabı xarici mətbuatda dərc olunub.
Modern.az xəbər verir ki, deputat "News day" nəşrində iddialara cavab verib.
Deputat bildirib ki, Azərbaycandan heç kim Qarabağdakı erməniləri bölgəni tərk etməyə məcbur etməyib: "Əksinə, əvvəldə qeyd etdiyim kimi, biz ardıcıl olaraq erməni sakinlərinin təhlükəsiz və ləyaqətli reinteqrasiyasına çağırış etmişik və Azərbaycan öz potensial vətəndaşlarının bu ərazidən kütləvi şəkildə tərk etməsində maraqlı deyil/ola bilməz/olmayacaq".
Azay Quliyev etnik təmizləmənin necə aparıldığına əmin olmaq istəyənlərə 30 il əvvəl real etnik təmizləməyə məruz qalmış bir milyona yaxın azərbaycanlının taleyinə nəzər salmağı tövsiyə edib.