Modern.az

Az yaşadı, ancaq böyük işlər gördü - Həmkarları Qənirə Paşayevadan DANIŞDI

Az yaşadı, ancaq böyük işlər gördü - Həmkarları Qənirə Paşayevadan DANIŞDI

29 Sentyabr 2023, 13:10

Milli Məclisin deputatı Qənirə Paşayeva dəfn olunub. Onun dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, deputatlar onun qəbri üstündə çıxış ediblər.

 

Deputat Hicran Hüseynova çıxışı zamanı bildirib ki, Qənirə Paşayeva az yaşamağına baxmayaraq, xeyli işlər görüb:

 

"O, insanları sevirdi. İnsanlar da ona sevgisini qaytarırdı. Bu neçə gündə Mehriban xanım Əliyeva və cənab Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının şahidi olduq. Hörmətli sədrimiz Sahibə Qafarova da bizimlə görüşdü. Hamımız bilirik ki, Qənirə qeyri-adi bir insan idi. Qənirə xanım tək mədəniyyət sahəsində yox, digər sahələrdə də insanlara yaxın idi. 44 günlük Vətən müharibəsində də istər hərbçilərimizə, istərsə də şəhid və qazi ailələrinə, ümumiyyətlə insanlara onun nə qədər yaxın olduğunu aydın gördük. O, bütün insanların sevimlisiydi. 48 yaş yaşadı. Lakin qısa müddətdə o, böyük işlər görüb. O, doğrudan da Azərbaycanın parlaq ulduzu idi. Əfsuslar olsun ki, tez bir vaxtda həyatını itirdi. Allah ona qəni-qəni rəhmət etsin! Bütün yaxınlarına səbir diləyirik!"

 

Milli Məclisin digər deputatı Fazil Mustafa Qənirə Paşayevanın vəfatının ziyalı ictimaiyyəti üçün ağır itki olduğunu  vurğulayıb:

 

“Qənirə xanımı itirmişik. Qənirə xanım Milli Məclisin deputatı, Azərbaycanın ən fəal qadınlarından olmaqla yanaşı, həm də Mədəniyyət komitəsində bizim ən dəyərli kollegiyamız, rəhbərimiz, bütün prosesləri bir yerdə apardığımız çox peşəkar bir insan idi. 19-cu əsrdə bir Azərbaycan qadının dəfninə millətin bu qədər nümayəndəsi yığışa bilməzdi. 21-ci əsrdə Azərbaycan qadının fədakarlığının, fəallığının və ucalığının göstəricisidir ki, onun gördüyü işlərə görə insanlar qiymətə verməyə, öz borcunu yerinə yetirməyə gəliblər. Bu da Azərbaycan qadının 21-ci əsrdə göstərdiyi fədakarlığının göstəricisidir. Qənirə xanım bunun obrazlarından biri idi. Şəhid ailələrinə, qazilərə ən çox diqqət göstərən insanlardan biri idi. Mədəniyyət  xadimləriindən heç birinə fərq qoymadan planını, işini fəda edərək, dəstək verən insanların,bəlkə də, birincisi idi. Bu baxımdan onun Azərbaycan xalqı qarşında xidmətləri heç vaxt unudulmayacaq”.

Deputat Qənirə Paşayevanın vətən qarşısında öz borcunu yerinə yetirdiyini söyləyib:

 

“O daxili auditoriyada da, xarici auditoiyada da olsa, tapşırıqla, təlimatla vəzifə icra edən şəxs deyildi. O, öz canından gələn duyğularla addım atırdı. Ona aid oldu-olmadı bütün sferalarda, öz vəzifə, vətəndaş borcunu ödəməyə can atırdı. Kiçik bir məsələ olanda sanki Yasamaldan Əhmədliyə gedirmiş kimi oturub maşına Tovuza gedirdi, orada seçicilərin problemlərini həll etməyə çalışırdı. Bu cür fədakarlıq çox az-az olur. Bu gün də insanların həm sosial şəbəkələrdə, həm də məzar üstündə münasibəti onu göstərir ki, bu cür insanların qoyduğu iz unudulmayacaq. Azərbaycan xalqı qadinaşünas xalq kimi bunu etdi. Vətən üçün nə etmədik: kimimiz öldü, kimimiz nitq söylədi. Hansı platformada olmağına baxmayaraq əsas vətən üçün nəsə etməkdir. Biri şəhid, biri qazi olur. Digəri də siyasi arenada öz borcunu vicdanla yerinə yetirir. Vətən qarşısında borcunu yerinə yetirən Azərbaycan vətəndaşıydı. Allah ruhunu şad etsin.

 

Müxbir: Xəyalə Bayramqızı
Fotolar: Hilal Sultanov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi