Naxçıvan Ali Məclisi işə başlayır

Naxçıvan Ali Məclisi işə başlayır

29 Sentyabr 2023, 17:44

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası öz işinə başlayır.

 

Ali Məclisin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurumun daxili nizamnaməsinin 1.5-ci maddəsinə əsasən, Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaq.

 

Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntiazm Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

 

Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır