Bu gün Milli Məclisin plenar iclasında “Lisenziyalar və cazələr haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.