Cəbrayıl sakinlərinin öz torpaqlarına qayıdışı əzəmətli mənzərə yaradacaq

Cəbrayıl sakinlərinin öz torpaqlarına qayıdışı əzəmətli mənzərə yaradacaq

Parlament

4 Oktyabr 2023, 17:04

Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşünün şanlı səhifələrindən biri və təcavüzkarı ciddi itkilərə, psixoloji sarsıntılara məruz qoyan, işğalçı ölkənin məğlubiyyətinin qaçılmaz olduğunu nümayiş etdirən dönüş nöqtəsidir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. 


Azər Kərimli Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan digər yaşayış məntəqələri kimi dəhşətli dağıntılara məruz qaldığını, vandal erməni təfəkkürünün ölkəmizin bu qədim, tarixi məkanını da viran eydiyini bildirib: 


“Cəbrayıl rayonunun işğaldan azad edilməsi həm də dünyada yaşayan bütün azərbaycanlılar üçün rəmzi məna daşıyırdı. Xudafərin körpüsündə bayrağımızın dalğalanması son 200 ilin ən qürurverici hadisələrindən biriydi. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Bu səhnə hələ də gözümüzün önündən getmir və xatırladıqca Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən, Ordumuzun rəşadətindən qürurlanıram. Bu baxımdan 4 oktyabr, sadəcə Cəbrayılın düşmən tapdağından xilas edildiyi gün deyil, həm də milli birliyimizi, bütövlüyümüzü ifadə edən tarixi bir gündür”.


Deputat hazırda Cəbrayılda quruculuq-abadlıq işlərinin yüksək sürətlə həyata keçirildiyini vurğulayıb və qeyd edib ki, qısa müddət ərzində Cəbrayılın elektrik təchizatı ilə bağlı demək olar ki, bütün işlər görülüb: “Bununla yanaşı, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Zəngəzur dəhlizinin Cəbrayıldan keçməsi, Azərbaycanımızın bu qədim guşəsinə böyük perspektivlər vəd edir. Bu amil gələcəkdə Cəbrayılın, həm turizm, həmn də sənaye mərkəzlərindən biri kimi inkişafına öz töhfəsini verəcək”. 


Azər Kərimli Prezident İlham Əliyevin son 3 il ərzində 7 dəfə Cəbrayıla səfər etdiyini xatırladıb və qeyd edib ki, bu səfərlərin hər biri Cəbrayılın, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun gələcək inkişafına xidmət edən önəmli hadisələrlə yadda qalıb: “Şübhhəsiz ki, bu səfərlərin içərisində ən çox xüsusi anlam kəsb edəni Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının,  Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri, iki qardaş ölkənin dövlət başçılarının birgə mətbuat konfransında bölgənin gələcəyi və Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlardır”.


Deputat azadlığının üçüncü ildönümünü yaşayan Cəbrayılın yaxın vaxtlarda öz əzəli və əbədi sakinlərini qarşılayacağına əmin olduğunu bildirib: “Şübhə etmirəm ki, uzun illər boyu öz doğma evlərindən didərgin düşən Cəbrayıl sakinlərinin ata-baba torpalqrına qayıdışı növbəti dəfə əzəmətli, qürurverici bir mənzərə yaradacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır