Modern.az

Rəqabət Məcəlləsi ilə bağlı 60 təklif daxil olub

Rəqabət Məcəlləsi ilə bağlı 60 təklif daxil olub

Parlament

5 Oktyabr 2023, 11:20

"Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı komitəyə indiyə kimi 60 təklif daxil olub.


Modern.az xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. 

 

O bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb. Büdcə gəlirlərimiz 30 dəfədən çox artıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Bütövlükdə son 30 il ərzində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 200 milyard dollara yaxını qeyri-neft sektoruna aiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI