Modern.az

Deputatdan MTK-larla bağlı təklif - Xidmət haqqı nağdsız toplanılsın

Deputatdan MTK-larla bağlı təklif - Xidmət haqqı nağdsız toplanılsın

Parlament

6 Oktyabr 2023, 12:15

Milli Məclisdə MTK-ların sakinlərdən xidmət haqqının toplanılması nağdsız qaydada olması təklif olunub. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Emin Hacıyev çıxış edib.

 

“Bilirik ki, burda kifayət qədər vəsait dövr edir. Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI