Milli Məclisdə ödənişli atalıq məzuniyyətinin tətbiq edilməsi təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova bildirib.
“14 gün ödənişsiz atalıq məzuniyyəti verilir. Ödənişsiz olaraq məzuniyyətin verilməsi isə müsbət qarşılanmır. Çünki ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır”, - o qeyd edib.