Modern.az

Azərbaycan İsrail-Fələstin münaqişəsilə bağlı mövqeyini bildirib - Deputat

Azərbaycan İsrail-Fələstin münaqişəsilə bağlı mövqeyini bildirib - Deputat

Parlament

9 Oktyabr 2023, 11:38

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

 Bəyanatda deyilir: 

“Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik. 

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

 Bu çətin zamanda İsrail xalqının yanındayıq”.


Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Azərbaycan parlamenti İsraillə bir olduğunu qeyd edib.




“İsraillə həmrəy olduğumuzu bildirmişik. Bu terror hadisəsini pisləmişik. Bu gün Yaxın Şərqdə böyük müharibə baş verir. Terror dəstəsi bildirib ki, buna çoxdandır hazırlaşır. İsraildə insanlar öldürülür, əsir götürülür. Bu da qəbuledilməz hadisədir. İstənilən məsələni diplomatik yolla həl etmək olar.

Parlament bir daha bildirdi ki, bu məsələdə İsrailin yanındadır. Tezliklə İsrailin bu məsələni həll etməsini arzulayırıq. Bütün dünya da sülhlə bağlı bir olmalıdır. Bizim mövqeyimiz isə ifadə olunub, amma israilli deputatlarla əlaqə yaratmamışıq. İsrail tərəfi Azərbaycanın mövqeyini bilir. Düşünürəm ki, İsrailin çox güclü hərbi qüvvəsi var. Bunun sayəsində ölkə ərazisində təhlükəsizliyi təmin edə biləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI