Modern.az

Spiker regiondakı mövcud vəziyyətdən DANIŞDI

Spiker regiondakı mövcud vəziyyətdən DANIŞDI

Parlament

11 Oktyabr 2023, 11:08

Azərbaycan 30 ilə yaxın bir dövr ərzində ədalətin bərpa olunmasını, beynəlxalq sənədlərin icra olunmasını gözlədi. Lakin beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar səbəbindən işğala nəinki son qoyulmadı, hətta bir sıra hallarda işğalçını müdafiə edən, işğalçılıq siyasətinin davam etməsini təşviq edən addımların şahidi olduq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşdə regionda mövcud olan vəziyyət barədə məlumat verərkən bildirib.

 

O, xatırladıb ki, 2020-ci ildə Azərbaycan özü ədaləti bərpa etdi. Amma çox paradoksaldır ki, bu gün bəzi dairələr özünün beynəlxalq hüquqla tanınmış, təsdiq olunmuş ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirir.

 

Milli Məclisin sədri görüşdə həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi barədə məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın ötən 3 il ərzində destruktiv mövqe göstərdiyini, müxtəlif hərbi-siyasi təxribatlar törətdiyini diqqətə çatdırıb. O, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə də danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI