Modern.az

Ermənistan bu şansı dəyərləndirməlidir - Deputat

Ermənistan bu şansı dəyərləndirməlidir - Deputat

Parlament

11 Oktyabr 2023, 14:48

“Azərbaycanın xarici siyasətində  beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu qurumlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 


Deputat bildirib ki, təşkilata üzv olduqdan sonra Azərbaycan dövlət və hökumət başçısı səviyyəsində İƏT-in sammitində təmsil olunub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Ölkəmiz bu müddət ərzində təşkilata uğurla sədrlik edib. 


Millət vəkilinin sözlərinə görə, oktyabrın 10-da təşkilatın sədri olaraq Azərbaycan İƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasına evsahibliyi edib. Bu toplantının  Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. Eyni zamanda, Şuşa şəhərinin 2026-cı il üçün təşkilatın turizm paytaxtı seçilməsi də əlamətdar hadisədir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində bir sıra vacib məqamlara toxunub. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. 


Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı müraciətində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra bölgədə yaranmış yeni vəziyyətə də diqqəti yönəldib. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. “Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”, - deyə, cənab Prezidentin müraciətində vurğulanıb. Bununla yanaşı dövlətimizin başçısı bəyan edib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. Ermənistan bu şansı dəyərləndirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI