“Biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər”.
Modern.az xəbər verir ki, bunu İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Elşən Musayev bildirib.
“Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa onlar ifadə verirlər. Hərdən insana qəribə gəlir ki, bu reallıq deyil, yuxudur. Bu reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb. Eşq olsun, mənim Prezidentimə”, - deyə deputat çıxış edib.