Modern.az

Tələblər pozularsa, 10 min manatadək cərimə yazılacaq

Tələblər pozularsa, 10 min manatadək cərimə yazılacaq

Parlament

13 Oktyabr 2023, 10:25

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddəsində (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) qeyd olunub.

 

Qanun layihəsinə görə, elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI