“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, qanun layihəsi parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti həftə baş tutacaq iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir.