Modern.az

“Aviasiya haqqında” yeni qanun niyə hazırlanıb... - Nazir müavini açıqladı

“Aviasiya haqqında” yeni qanun niyə hazırlanıb... - Nazir müavini açıqladı

Parlament

18 Oktyabr 2023, 11:18

Yeni qanun layihəsində  “AZAL”dan başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi və digər sektorlar da nəzərə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. 

 

“Qəbul edilməsi uzun zamandır gözlənilən “Aviasiya haqqında” yeni qanun əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Burada bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur. Sual oluna bilər ki, bizdə mövcud qanun vardısa, bu qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı müəyyən edir. Bütün dünyada hava limanları birmənalı olaraq bu tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bu audit zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, bu audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Belə halda bütövlükdə qanunda bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi bu qanunda əksini tapıb. Eyni zaamnda qabaqcıl təcrübələri nəzərə alaraq, bu qanun layihəsi hazırlanıb. Köhnə qanundan fərqli olaraq yeni qanunda fəaliyyət dairəsi dəqiq müəyyənləşib”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI