Modern.az

Hava limanları icarəyə verilsin - Deputatdan TƏKLİF

Hava limanları icarəyə verilsin - Deputatdan TƏKLİF

18 Oktyabr 2023, 11:54

Milli Məclisdə hava limanlarının icarəyə verilməsi təklif olunub. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev çıxış edib. 

 

“Dünyada bunula bağlı müxtəlif təcrübələr var. Məsələn, Türkiyənin İstanbuldakı ikinci hava limanı İndoneziya şirkətinə icarəyə verilib. Aviasiya sahəsində bəzi islahatlara getmək lazımdır. Bu təkliflə bir müddət əvvəl də çıxış etmişdim, amma çıxışım bəzi məmur və jurnalistlərdə qıcıq yaratmışdı. Düşünürəm ki, hava limanının icarəyə verilməsi, bəzi məsələlərə müsbət təsir edə bilər”, - deputat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI