Modern.az

Azay Quliyev seçicilərilə görüşdü - FOTOLAR

Azay Quliyev seçicilərilə görüşdü - FOTOLAR

Parlament

18 Oktyabr 2023, 22:09

Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 91, 91a, Süleyman Sani Axundov küçəsi, 2, 4, Azadlıq prospekti, 26, 28, 30, 32, 34 və 36 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib. 

 

Seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

 

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI