Hər hansı bir ölkədə əleyhimizə qarşı qətnamə qəbul edilirsə, bu, o deməkdir ki, Azərbaycan həmin ölkələrin də üzərində qələbə qazanıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı bildirib.
“Ölkəmizə qarşı qərarı qəbul edənlərdən soruşmaq lazımdır ki, azərbaycanlılar 30 il əvvəl həmin ərazilərdən qaçqın düşərkən harda idilər? Həmin vaxt bizim qaçqınlara bir sent də yardım ayırmayıblar. İndi isə ermənilərə qucaq açırlar, maliyyə yardımları edirlər. Digər tərəfdən diqqət edəcəyimiz məqam bundan sonra bizim görəcəyimiz işlərdir. Belə ki, bundan sonra bir çox ölkələrdə Azərbaycana qarşı sərt çıxışlar, bəyanatlar oalcaq. Biz buna hazır olmalıyıq. Azərbaycan diasporu, QHT-lər bu mövzuda daha da fəal olmalıdır”, - deputat vurğulayıb.