Bizim iqtisadiyyatımız hamı bilir ki, neftdən çox asılıdır.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
“Bir təklifim var ki, təkcə iqtisadi mexanizmlərlə qeyri-neft sektorunun iqtisadiyyatının inkişafına nail ola bilməyəcəyik. İqtisadiyyatla bağlı qanun pozuntusu, cinayət törədənlər birbaşa Vergi Nazirliyinə göndərilməlidir. Rusiyada artıq bu addım atılıb, hesab edirəm ki, Azərbaycanda da olsa, yaxşı olar”, - deyə o qeyd edib.