Modern.az

Ankarada parka Qənirə Paşayevanın adı VERİLDİ

Ankarada parka Qənirə Paşayevanın adı VERİLDİ

20 Oktyabr 2023, 13:04

Azərbaycanın mərhum millət vəkili Qənirə Paşayevanın adı Ankaradakı Ufuk Universiteti küçəsində salınan parkda yaşadılacaq.


Modern.az xəbər verir ki, Q.Paşayevanın adının parka verilməsi ilə bağlı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın Bələdiyyə Şurasına təqdim etdiyi başqanlıq məktubu yekdilliklə qəbul edilib.

 

Ankara Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə Ufuk Universiteti küçəsində salınan park ərazisinə Qənirə Paşayevanın adı verilib.

 

Millət vəkili Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI