Modern.az

Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın - Deputatdan təklif

Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın - Deputatdan təklif

20 Oktyabr 2023, 13:16

Bildiyiniz kimi, Naxçıvan bizim blokadada olan bölgəmizdir. Bura ilə əlaqə əsas təyyarə ilədir. Ötən iclasda Naxçıvana təyyara biletlərinin olmaması və baha olması gündəmə gətirildi.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Biz gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı Naxçıvana ayrılan dotasiyasının həcminin qaldırılmasını da qaldıracağıq. Dövlət büdcəsindən Naxçıvana 5 milyon dotasiya verilir. Amma ümumi xərc olaraq 20 milyon çəkilir. Belə çıxır ki, 15 milyonu AZAL ödəyir. Hesab edirəm ki, Naxçıvan blokadada olduğu üçün dövlət büdcəsindən bütün xərclər ödənilməlidir”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI