Modern.az

“Aviasiya haqqında” yeni qanun layihəsi qəbul edildi

“Aviasiya haqqında” yeni qanun layihəsi qəbul edildi

Parlament

20 Oktyabr 2023, 13:24

Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.


Modern.az xəbər verir ki, qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir.


Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Qanun layihəsi birinci oxunuşda müzakirədən sonra qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI